Vaxt.Az

Divan üzvlüyündən istefa


 

Qubad İbadoğlu: «Namizədlərin bərabər statuslarda olması vacibdir»

Divan üzvlüyündən istefa «Müsavat Partiyasında başqan vəzifəsinə namizədliyin irəli sürülməsi kampaniyasına start verildiyindən, yəni seçki prosesi başlayandan partiyanın Divan üzvü hesab olunmuram».

Bunu AzNews.az-a Müsavat Partiyasının başqanlığına namizəd, sabiq Divan üzvü Qubad İbadoğlu deyib.

O bildirib ki, bu addımı seçki prosesində Müsavat başqanlığına iddialı olan şəxslərin bərabər statuslarda mübarizə aparması üçün atıb: «Obyektiv mübarizə aparmaq üçün bu cür addım atılması zəruridir. Əsas budur ki, namizədlər bərabər statuslara malik olsunlar».

 





29.08.2014    çap et  çap et