Dünən gecə Naxçıvanla sərhəddə həlak olmuş erməni hərbi qulluqçusu Vladimir Ayrapetyan başqa hərbi qulluqçu tərəfindən atılmış atəş nəticəsində həlak olub.ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan Müdafiə Nazirliyinə yaxın mənbələr bildirib.
Daha əvvəl yayılmış Müdafiə Nazirliyinin xəbərinə əsasən, fakt üzrə 365-ci maddə (döyüş növbəsinin və ya döyüş xidmətinin aparılması zamanı qaydaların pozulması) ilə cinayət işi açılıb.
Hazırda istintaq aparılır.
çap et