Başçəkmədə məqsəd bu müəssisəyə əvvəlki başçəkmələr zamanı müvəkkilin verdiyi tövsiyələrin icra vəziyyətinin yoxlanılması, saxlanılma şəraiti, xüsusən də məhkumlara göstərilən tibbi yardım məsələlərinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.
Fakültativ protokolun tələblərinə uyğun olaraq cərimə təcridxanasına, karantin otağına, yataqxanalara, eyni zamanda, sanitar tibb hissəsinə baxış keçirilib, o cümlədən 60-dək məhkum fərdi qaydada qəbul edilib, tibbi sənədlər və qeydiyyat kitabları öyrənilib.
Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.