***
15:23
Avqustun 29-da «Azərbaycan saatı» proqramının aparıcısı, «Azadlıq» qəzetinin redaktoru, AXCP üzvü Seymur Həzini polis saxlayıb.
Bu barədə «Azadlıq» radiosuna vəkil Elton Quliyev məlumat verib.
«Mənə zəng elədi, bircə onu dedi ki, Abşeron polisi məni saxlayıb. Başqa bir söz deyə bilmədi» - deyə vəkil bildirib.
Abşeron Rayon Polis İdarəsindən jurnalistin hansı səbəbdən saxlanması barədə məlumat almaq mümkün olmayıb.