Vaxt.Az
Türkiyədən kürdlərə şok
«Vəziyyətinizi anlayırıq, ancaq ...»
İraq Kürdistan muxtar vilayəti rəhbərliyi İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qarşı döyüşmək üçün Ankaradan silah istədiyini amma bunun rədd edildiyini bildirib. İraq Kürdistan muxtar vilayəti rəsmisi Fuad Hüseyn, «İraq Şam İslam Dövləti» terror qruplaşmasına qarşı döyüşmək üçün Türkiyədən kömək istədikləri açıqlayıb.Canlı
verilişlərdən birinə qatılan Hüseyn, İŞİD-ə qarşı dəstək almaq məqsədi ilə Türkiyəyə
gizli bir ziyarət reallaşdırdığını açıqlayıb. Hüseyn görüşmənin yeri və vaxtı
ilə bağlı məlumat verməyib. Onun bildirdiyinə görə Türkiyənin cavabı belə olub:
«Vəziyyətinizi anlayırıq, ancaq önümüzdəki prezidentlik seçkisi və
İŞİD-in əlindəki Türk girovların təhlükəsizliyi
baxımından bunu edə bilmərik».
30.08.2014 çap et