Sərkisyan növbəti prezident seçkilərində qadın namizədin qalib gəlməsinə etiraz etmədiyini bildirib. «Ermənistan parlamentində qadın deputatlarımızın sayını artırmışıq. Hətta nazir vəzifəsində çalışan qadınlarımız da var. Hakimiyyətdə və müxtəlif dövlət orqanlarında qadın işçilərin sayını daha da artırmaq lazımdır. Çünki onların əksəriyyəti korrupsiyaya meylli olmur», deyə Sərkisyan bildirib.
Ermənistan prezidentinin bu sözləri təsadüfi deyil. Avropa Birliyinin ötən ilki hesabatında bildirilir ki, Ermənistanda korrupsiya ən yüksək həddə çatıb. AB-nin Ermənistandakı baş məsləhətçisi Onno Simmons bəyan edib ki, hakimiyyətlə yanaşı biznes sahəsində də güclü korrupsiya müşahidə olunur. Erməni mətbuatı da bu barədə dəfələrlə yazıb. Görünür, Sərkisyan qadınları hakimiyyətə gətirməklə korrupsiyanın qarşısını almağa çalışır. (ANS Press)