Vaxt.Az

Erməni podpolkovnikin ayağı qopdu


 

Azərbaycanla sərhəddə 4 düşmən hərbçisi minaya düşdü

Erməni podpolkovnikin ayağı qopdu Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəd Berd rayonu ərazisində avqustun 28-də baş vermiş mina partlayışı nəticəsində yaralanan hərbçilərdən biri podpolkovnikdir.

Virtualaz.org saytı xəbər verir ki, Berd meriyasının rəsmisi Asmik Melikyan bu barədə tert.am saytına bildirib.

Xəbər verildiyi kimi, Ermənistan Müdafiə Nazirliyi Berd rayonunda 4 hərbçinin minaya düşdüyünü, onlardan birinin zabit, digər üçünün müqavilə əsasında xidmət keçən hərbi qulluqçu olduğunu açıqlayıb. İnsidentin təfərrüatları haqda heç nə deyilmir.

A.Melikyan da deyib ki, onlarda partlayışın harada və hansı şəraitdə baş verdiyi haqda heç bir məlumat yoxdur.

«Məlum olan ancaq odur ki, yaralılardan biri podpolkovnikdir. O, ayağından yaralanıb və nəticədə ayağı amputasiya olunub. İki yaralının isə ümumiyyətlə kimliyini bilmirik, onlar hələ özlərinə gəlməyiblər və huşsuz vəziyyətdədirlər» - deyə o bildirib.

 





30.08.2014    çap et  çap et