Vaxt.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya vətəndaşlığını qəbul edən Sinan Kurd Almaniya «U-19» milli komandasında çıxış edir. Futbol həyatına «Mönchengaldbach»ın klubunda başlayan ulduz «Bavariya»ya gənc yaşda transfer olunan ilk türk futbolçu kimi tarixə düşdü. Əsas mövqeyi sol qanad yarımmüdafiəçisi olmasına baxmayaraq Sinan həm ikinci hücumçu, həm də mərkəz yarımmüdafiəçisi kimi oynaya bilir. «Bavariya» türk əsilli yeniyetmə üçün «Mönchengaldbach» klubuna 2.5 milyon avro ödəyib.