ANS PRESS-in məlumatına görə, o, «İslam Dövləti» (İŞİD) terror qruplaşmasının tamamilə uydurma bir düşmən olduğunu bildirib. O, bu sözləri İranın ingiliscə yayımlanan «Press TV» kanalına verdiyi açıqlamada səsləndirib.
İŞİD-in ABŞ və müttəfiqləri tərəfindən maliyyələşdirildiyini dilə gətirən Kelli, «ABŞ-ın İŞİD-ə hücum etməli olduğunu düşünənlərə söyləyirəm: bu, tamamilə lazımsız bir həmlədir. Çünki onları biz yaratdıq, biz idarə edirik» – deyib.
Daha sonra o, sözlərinə bu cür davam edib: «Əgər ABŞ İŞİD-i yox etmək istəsəydi, maddi mənbəyini məhv edərdi və qruplaşmanın formalaşmasında rol oynayan şəxsləri aradan götürərdi».