Vaxt.Az

ABŞ-da «AK-47» sevgisi


 

Amerikalılar kütləvi şəkildə «Kalaşnikov»la silahlanır

ABŞ-da «AK-47» sevgisi Amerikalılar Rusiya istehsalı olan və sanksiyaların təsiri altına düşən «AK-47» («Kalaşnikov») avtomatları alır. Virtualaz.org xəbər verir ki, bu haqda The Washington Post yazıb. Obama administrasiyası «AK-47» avtomatlarının ABŞ-a idxalını qadağan edib. Qəzetin yazdığına görə bundan cəmi üç gün sonra «Kalaşnikov» avtomatlarının ABŞ-da satışını həyata keçirən və Merilend ştatında yerləşən silah dileri aşkar edib ki, anbardakı bütün «AK-47» avtomatları satılıb qurtarıb.

Bildirilir ki, «Atlantic Firearms» şirkətinin əməkdaşları yüzlərlə avtomatı alıcılara göndəriblər. Məlumata görə alıcılar bütün ABŞ ərazisində «AK-47» avtomatlarının hamısını alıblar. Bəzi alıcılar hətta 8-10 avtomat alıb və onları sonradan baha qiymətə satmağa hazırlaşır. «AK-47» avtomatının qiyməti ABŞ-da min dollardan aşağı deyil. Alıcılar hesab edirlər ki, Rusiya-Ukrayna münaqişəsi bu avtomatların ABŞ-da satışına qadağa qoymaq üçün bəhanədir. Belə ki, Rusiya avtomatları bir çox demokratların xoşuna gəlmir, onlar ABŞ istehsalı olan silahlardan daha ucuz və daha etibarlıdır.

Sanksiyalara qədər ABŞ Rusiyadan hər il on minlərlə «AK-47» avtomatı idxal edirdi və satırdı. Bu ilin iyul ayında ABŞ Maliyyə Nazirliyi «Kalaşnikov»ların sanksiyaların təsiri altına düşdüyünü elan edib.

 





01.09.2014    çap et  çap et