Bir otaqlı mənzillərin qiyməti 200-250 manat, 3-4 otaqlılar 350-500 manat olub. Çox otaqlı mənzillər populyar deyil. Söhbət ətraf rayonlardan gedir. Mərkəzdə qiymətlər bahadır. Dəllallar bir sutkanı 30-150 manata təklif edir.
Avqustda 1 otaqlı mənzilin kirayəsinin orta bazar qiyməti 600 manat olub. Amma kirayəçilər ikinci və üçüncü zonaya üstünlük verirlər.
Espertlərin fikrincə, qəbul imtahanlarının nəticələrinin elan edilməsi ilə bağlı kirayə və alınan mənzillər 20 və 7,5 faiz bahalaşıb.
Paytaxtda iş axtaranların çoxalması da qiymətlərə təsir edib. Bahalı mənzillər (ayda 1 min və baha) portfeldə 18,5 faiz, ucuz mənzillər (350 manatdan az) 40,4 faiz təşkil edib.