Vaxt.Az
«İki bədbəxt»
Fakt
Separatçı talış birliyinin başçısı Əlikram Hümmətov Ermənistanın paytaxtı Yerevana gedib. O, sentyabrın 24-də Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasında “talışşünaslıq” proqramının açılışında iştirak edəcək.
Şərh
Unudulmuşdu. Bu yay yenidən peyda oldu. İşğal altında olan Şuşadan yayımlanan “Talış radiosu”na müsahibə verdi, sağ olduğu təqdirdə özünün qondarma “Talış-Muğan Respublikası”nın "legitim prezidenti” olduğunu iddia etdi, ardınca da ermənilərə talışlara göstərdiyi dəstəyə görə minnətdarlıq bildirdi. Həmçinin talışları birləşməyə səslədi.
Bağışlanmışdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 1996-cı il tarixli hökmü ilə məhkum edilmiş, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2004-cü il tarixli, 119 nömrəli Fərmanı ilə əfv olunmuşdu. Ardınca ölkədən çıxarılmışdı. Hollandiyada məskunlaşdıqdan sonra bir müddət sakit dayanmış, sonra yenidən separatçı fəaliyyətinə başlamışdı.
İlk cinayət əməlindən 20 il keçib. Görünən odur ki, Əlikram Hümmətov vətən xainliyinə davam edir. Onun haqqında ən doğru qərarı ölkədə yaşayan türklərlə birlikdə bütün etniklərin sahibləndiyi azərbaycançılıq ideologiyasına sadiq talışların özləri verəcəklər.
Ölkədən kənarda yaşayan, mahiyyətcə qovulmuş digər bir adam olan Rəsul Quliyev də öz xarakterinə uyğun fəaliyyət göstərir. “Facebook”da Mark Zükerberqdən daha çox aktiv olan ACP liderinin dostlarını bir telefon danışığı ilə darmadağın etməsi bir səs qeydi ilə üzə çıxdı: “İsgəndəri ora nəyə çıxardıblar? Əli ilə İsa nətəri adamdır, başa düşə bilmirəm. Cəmil müəllim bədbəxt İsgəndərin çıxışı ilə prezident olmaq istəyir?!”
Əslində, Rəsul Quliyevin dediyi həqiqət idi, bu sualı daha öncə Erkin Qədirli verdi və iki gündür so-sial şəbəkədə virtual savaş gedir. 2013-cü ildə Azərbaycana İsgəndər Həmidov səviyyəsində adamlar gərək deyil.
2013-cü ildə öz partiya sədri ilə telefonda danışıq qabiliyyəti belə olmayan zehniyyətlərin dəyişiklik adı ilə gündəmə gəlməsi biabırçılıqdır. Təsəvvür edin, Əlikram Hollandiyada yaşayır, Rəsul Quliyev ABŞ-da. Üstəlik bu qədər illər ərzində ancaq qaramatla məşğul olanların “milli” sözü içində təmsil olunmaları ayrıca utancvericidir.
Bir həqiqəti heç vaxt unutmayın. Təmsil olunduğu düşərgədən asılı olmayaraq, müsbət dəyişiklik arzusunda olan bütün insanlar Azərbaycanın gələcəyi üçün dəyərdir. Əgər Milli Şurada təmsil olunanlar Rəsul Quliyev, İsgəndər Həmidovla yola çıxıb, Erkin Qədirliyə daş atırlarsa, artıq oturuşmuş mahiyyət söhbəti ortalığa çıxır.
Blok edilməsi gərəkən adam varsa, Milli Şuranın blokundan qərargahına girənlərə diqqət edin.

25.09.2013 çap et