Xəbərdə deyilir ki, nazir sakinlərin problemlərini dinləyib və şikayətlərin təmin olunması üçün göstərişlər verib. Görüş zamanı 40-a yaxın müraciət daxil olub. Nazirin tapşırığı ilə bir necə nəfər hepatit komissiyasına göndərilib. Bundan əlavə, müraciət edənlər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, Respublika Dəri-Zöhrəvi Dispanserinə, Respublika Klinik Xəstəxanasına, Elmi Cərrahiyyə Mərkəzinə, Milli Onkologiya İnstitutuna, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, Səhiyyə Nazirliyin kadr, elm və təhsil şöbəsinə, Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndəriliblər.
Müraciət etmiş sakinlərin bəzilərinə ehtiyac duyduqları dərman preparatları verilib. Görülmüş işlər minnətdarlıqla qarşılanıb.