Vaxt.Az

«Rusiya bizi nüvə silahı ilə hədələyir»


 

Müdafiə nazirindən sensasiyalı açıqlama

«Rusiya bizi nüvə silahı ilə hədələyir» Ukraynanın müdafiə naziri Valeri Geletay sensasiyalı sayılacaq açıqlama verib. Ukraynanın UNİAN agentliyi bu barədə nazirin özünə istinadən xəbər yayıb. Məlumata görə, ölkənin şərqinin separatçılardan təmizlənməsi ilə bağlı əməliyyatlardan danışan nazir Moskvanın «qeyri-rəsmi kanallarla Ukraynanı taktiki nüvə silahının tətbiqi ilə hədələdiyini» söyləyib.

«Rusiya tərəfi müqaviməti davam etdirəcəyimiz təqdirdə bir neçə dəfə qeyri-rəsmi kanallarla bizə qarşı nüvə silahının tətbiq olunacağı ilə bağlı hədə-qorxu gəlib» - bunu öz «Facebook» səhifəsində müdafiə naziri yazıb.

V.Geletayın fikrincə, Rusiya Ukraynada apardığı müharibəni uduzduğunu anladığı üçün qarşı tərəfi nüvə silahı ilə hədələyir.

Rusiya tərəfi isə ukraynalı nazirin bu sensasion bəyanatına hələ də hər hansı formada rəsmi münasibət bildirməyib.

 





02.09.2014    çap et  çap et