ABŞ prezidenti Barak Obama Türkiyənin keçmiş dövlət başçısı Abdullah Gülün 2016-cı ildə BMT-nin baş katibi olmasını istəyir. Vaxt.az bildirir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Media yazıb ki, ABŞ prezidenti bu məsələyə görə Rusiya və Çini razılaşdıra bilib.Ancaq ABŞ mühafizəkarlarının bu təşəbbüsə razılaşmadıqları qeyd edilir. Jurnalist onu da vurğulayıb ki, əgər Obama Gülün namizədliyini irəli sürərsə, o BMT-nin baş katibi seçiləcək. Bu halda ilk müsəlman BMT-nin baş katibi olacaq.
çap et