Vaxt.Az

Medvedyev türk üzümünə üzünü turşutdu


 

«Rusiyanın öz malı olsa daha yaxşı olar»

Medvedyev türk üzümünə üzünü turşutdu Rusiyanın baş naziri Dmitri Medvedyev Krasnoyarsk şəhərində bazara baş çəkib. Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bazarda meyvə və tərəvəzlərin qiymətini və keyfiyyətini öyrənən baş nazir Türkiyədən gətirilən üzümü görəndə əsəbiləşib.

O, səlahiyyətləri şəxslərə müraciət edərək meyvənin Türkiyədən gətirilməsi səbəbini soruşub. Baş nazir bildirib ki, meyvənin Türkiyədən gətirilməsi pis deyil, amma Rusiyanın öz malı olsa daha yaxşı olar.

Baş nazirin sözçüsü Natalya Timakova bildirib ki, Medvedyev bazarları araşdırmaq üçün ölkədəki bütün market və bazarlara tez-tez baş çəkəcək.

 





02.09.2014    çap et  çap et