Vaxt.Az

Saakaşvili saxlanıldı və buraxıldı


 

Yunanıstan polisi Gürcüstanın sabiq prezidentini həbs edə bilmədi

Saakaşvili saxlanıldı və buraxıldı «Gürcüstan hakimiyyəti Türkiyədən Yunanıstanın Samos adasına gedən sabiq prezident Mixail Saakaşvilini saxlamaq xahişi ilə rəsmi Afinaya müraciət etmişdi. Yunan polisi də onu saxlayıb. Lakin az sonra da sərbəst buraxıb. Çünki Saakaşvilinin beynəlxalq axtarışa verilməsi prosedurası hələ tam başa çatmayıb».

Virtualaz.org saytı xəbər verir ki, bunu xarici mətbuata açıqlamasında Gürcüstanın Yunanıstandakı səfiri David Bakradze deyib.

Səfirin sözlərinə görə, Yunanıstanın Samos adasının polis rəisi Dmitros Kapakidi ona Gürcüstanın bir neçə vətəndaşının, o cümlədən Saakaşvilinin Türkiyədən adaya gələn gəmidə olması barədə məlumat verib.

«Yerli polisin verdiyi məlumata görə, sərhəddə Saakaşvilinin pasportu yoxlanarkən məlum olub ki, gürcü tərəfi rəsmi Afinaya sabiq prezidenti saxlamaq barədə xahişnamə göndərib. Polis Saakaşvilini saxlayıb. Lakin sonra o da məlum olub ki, müvafiq proseduralar hələ başa çatmayıb, ona görə də Yunanıstanın sabiq prezidenti saxlamaq hüququ yoxdur» - deyə səfir D.Bakradze bildirib.

 





02.09.2014    çap et  çap et