Vaxt.Az

Nazirdən azsaylı xalqlarla diqqət


 

Mikayıl Cabbarov daha bir əmr verdi

Nazirdən azsaylı xalqlarla diqqət Azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin 2014-2015-ci dərs ilinə aid tədris planının təsdiqi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əmr Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət hazırlıq siniflərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə verilib.

Nazir məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Tədris resursları şöbəsinə (F.Şahbazlı) həmin tədris planının vaxtında yerlərə çatdırılmasını təmin edilməsini tapşırıb.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

 





03.09.2014    çap et  çap et