Vaxt.Az

«Sağlam təhsil» ideyası


 

Mikayıl Cabbarov göstərişi ilə məktəblər və siniflər həmin layihəyə uyğun qurulacaq

«Sağlam təhsil» ideyası Təhsil Nazirliyi bu ildən orta məktəblərdə «sağlam təhsil» siniflərinin yaradılmasına start verəcək. Bu barədə vaxt.az-a nazirlikdən məlumat veriblər.

Layihə çərçivəsində artıq ölkəmizin məktəblərində 12 «Sağlam Təhsil» sinfi yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayacaq. Şagirdlər arasında monitorinq işləri davam etdikcə «Sağlam Təhsil» siniflərinin sayı artırılacaq. 

Artıq «Sağlam təhsil-sağlam millət» layihəsi ilə bağlı 106 məktəbin direktoru məlumatlandırılıb.

Yaxın zamanda «Sağlam Təhsil» məktəblərinin layihələrinin hazırlanmasına başlanılacaq. Layihələr hazır olduqdan sonra yeni məktəblər «Sağlam Təhsil»in tələblərinə uyğun tikiləcək. 

Araşdırmalar əsasında Təhsil Nazirliyi «Sağlam təhsil» vasitələri üzrə normativ sənədlər hazırlayır. Bu vasitələrə aid olan binalar, mebellər, sinif tərtibatı, avadanlıq, ləvazimatlar və dərsliklər Milli Təhsil Texnologiya Mərkəzinin nəzdində yaradılmış tibbi-gigiyenik, gender və psixoloji-pedaqoji ekspertiza qrupu tərəfindən öyrəniləcək və tədricən tələblərə uyğun təkmilləşdiriləcək. Beləliklə, təhsil texnologiyalarının şagirdlərin sağlamlığına mümkün qədər az zərər vurmasına nail olunacaq.

Qeyd edək ki, «Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası» çərçivəsində hazırlanan «sağlam təhsil-sağlam millət» layihəsi ötən ildən həyata keçirilməyə başlanılıb. Layihə çərçivəsində müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə 10 000 şagird arasında davamlı tibbi-gigiyenik gender, psixoloji-pedaqoji monitorinqlərin keçirilməsi və mərhələlər üzrə hesabatların hazırlanması nəzərdə tutulur.

 





03.09.2014    çap et  çap et