Direktor işdən öz xahişi ilə ayrıldığını bildirib: «İşdən ayrılmaq üçün ərizə ilə Təhsil Nazirliyinə müraciət etmişəm. Ancaq işdən azad olunmağımla bağlı əmr verilməyib. Öz xahişim ilə işdən ayrılmaq istəyirəm».
Sabiq təhsil naziri Misir Mərdanovla qohum olması haqda yayılan məlumata aydınlıq gətirən Novruz Dəmirov bu məsələnin mənasız olduğunu vurğulayıb: «Öz şəxsi istəyimlə işdən ayrılıram. Bunun Misir Mərdanovla və digərləri ilə bağlı heç bir əlaqəsi yoxdur. Həmin informasiyaların məsələyə heç bir aidiyyəti yoxdu».
Saytın əldə etdiyi digər məlumata görə, N.Dəmirov Misir Mərdanovun xalası oğlu olmasa da, yaxın qohumluq əlaqələri var.
***
Misir Mərdanovun xalası oğlu, Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru Novruz Dəmirov işdən azad olunub. Gimnaziyadan verilən məlumata görə, Novruz Dəmirov iki gündür işdən çıxarılıb. Hələ ki, eks-nazirin qohumunun yerinə təyinat olmayıb.
Təhsil Nazirliyi Novruz Dəmirovun işdən azad olunması ilə bağlı «Qafqazinfo»nun sorğusunu cavablandırıb. Nazirliyin açıqlamasında bildirilir ki, Pişəvəri adına adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziyanın direktoru Novruz Dəmirov öz ərizəsinə əsasən işdən azad olunub.