Vaxt.Az

İrəvanın «hamam suyu»na dost qazanmağı


 

İraq kürdlərinə ayrılan 100 min dollar Ermənistandakı etniklərə ödətdirilir

İrəvanın «hamam suyu»na dost qazanmağı Ermənistanın Armavir, Ararat, Araqatson və Kotayk vilayətlərində İraqın şimalında İŞİD-in hücumuna məruz qalan yezidlərə yardım adı altında pul yığılır.

Virtualaz.org saytı epress.am saytına istinadla xəbər verir ki, Ermənistan yezidlərinin milli birliyi təşkilatının rəhbəri Boris Tamoyan hakimiyyətin yezidlərə ayırdığı 100 min dollar yardımı bu yolla geri qaytarmağa çalışdığını bildirib.

«Sincar» adlı ictimai təşkilatın rəhbəri olan B.Tamoyan deyib ki, hakimiyyətin yezidlərə yardım adı altında yezidlərin sıx yaşadığı bölgələrdə pul toplamasını təsadüfən öyrənib. Onun bildirdiyinə görə, «Sincar» təşkilatı da yezidlər üçün yardım toplama kampaniyası keçirir. Ancaq Armavir vilayətinin Artaşen kəndinin rəhbəri ondan tələb edib ki, yığdığı pulu kənd administrasiyasına təhvil versin.

Kənd rəhbəri deyib ki, bir çox sakinlər hakimiyyətin təşkil etdiyi pul toplama kampaniyasına qatılmaqdan imtina edir, bildirir ki, onlar artıq «Sincar» təşkilatına pul veriblər.

B.Tomoyanın bildirdiyinə görə, kənd rəhbəri onu təhlükəsizlik orqanları ilə hədələyib. Kənd rəhbəri Vardan Arutyunyan isə yezidlərə pul topladıqlarını təsdiq edib. O deyib ki, kənd əhalisinin 30 faizi yezidlərdir və onlar öz soydaşlarına yardım etməyə çalışır. Yığılan pullar isə kənd administrasiyasına təhvil verilir.

 





04.09.2014    çap et  çap et