Vaxt.Az

Bankların birləşməsinə hazırlıq başlandı


 

Mərkəzi Bank 5 tələb irəli sürüb

Bankların birləşməsinə hazırlıq başlandı Azərbaycan Mərkəzi Bankı (ABM) ölkə banklarının birləşməsi və ya bank fəaliyyətini dayandırıb, başqa formada fəaliyyət göstərməsinə hazırlıqlara başlayıb. «Fineko»nun məlumatına görə, avqustun 19-da AMB «Bankların yenidən təşkili qaydaları»nı təsdiqləyib.

Mərkəzi Bankın idarə heyəti sədrinin 1-ci müavini Alim Quliyev tərəfindən təsdiqlənən və  avqustun 29-dan qüvvəyə minən Qaydalar bankların bir-biri ilə birləşməsini, başqa banklara qoşulmasını (yəni başqa bank tərəfindən udulmasını), eləcə də bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsini nəzərdə tutur.
Qaydalara əsasən, bankların yenidən təşkil olunması aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:


- Mərkəzi Banka yenidən təşkil üçün icazə alınması məqsədi ilə ilkin və yazılı müraciət edilməsi;

- Yenidən təşkil üçün səhmdarların ümumi iclasının çağırılması və qərar qəbul edilməsi;

- Kreditorların bu barədə məlumatlandırılması;

- Yeni bankın və yaxud BOKT-un dövlət qeydiyyatından keçirilməsi;

- Yeni xüsusi razılıq (lisenziya) alınması;


Mərkəzi Banka bankın yenidən təşkil olunması barədə ilkin və rəsmi müraciət arasında 90 gündən artıq müddət olmamalıdır. Bununla yanaşı, bankın BOKT-a çevrilməsi 3 ay ərzində həyata keçirilməlidir. Sənədə görə, bankın BOKT-a çevrilməsi üçün keçid dövrünə 6 ayadək vaxt ayrılır.

 





04.09.2014    çap et  çap et