Vaxt.Az

«Maraqlanmıram...»


 

Gülər Əhmədova qardaşının ANS-dən çıxmasından danışdı

«Maraqlanmıram...» «Günəbaxan» verilişinin aparıcısı İlqar Mikayıloğlunun ANS-dən çıxmasına bacısı, sabiq deputat Gülər Əhmədova münasibət bildirib.

O, aznews.az-a açıqlamasında deyib ki, qardaşının işdən getməsindən xəbəri yoxdur: «Mən ilk dəfə sizdən eşitdim bu xəbəri. Açığını deyim, bu dəqiqə məni İlqarın işi deyil, səhhəti maraqlandırır. Onun qolu çox pis sınıb. Hamımız onun başına gələn bu xoşəgəlməz hadisəyə görə narahatıq. Mənim üçün əsas onun tez sağalmasıdır».

Sabiq deputat deyib ki, qardaşının səhhəti ilə əlaqədar ona tez-tez baş çəkir: «Qolu sınandan sonra ona tez-tez baş çəkirəm. Amma nədənsə bu qərarı ilə bağlı mənə heç nə deməyib. İş məsələsi ilə bağlı İlqarla danışmamışam. Qardaşımın işdən getməyini ilk dəfə sizdən eşidirəm».

İlqar Mikayıloğlu özü isə ANS televiziyası prezidentinin ictimai əlaqələr üzrə müşaviri Mais Məmmədovun «İlqar Mikayıloğlu ərizəsini yazıb, özü işdən çıxıb. Yəqin özünə yağlı qapı tapıb, kim bilir» sözlərinə mövqe.az vasitəsilə cavab verib: «Allah onun köməyi olsun. Yaşlı kişidir. Vallah, yağlı qapı olduğunu da bilmirdim, ondan eşitdim. ANS-ə heç vaxt qayıtmayacağam. Başqa telekanalda da işləyib-işləməyəcəyim dəqiq deyil. Bu dəqiqə qolumun hayındayam».

 





05.09.2014    çap et  çap et