ANS PRESS-in məlumatına görə, bunu təhsin naziri Mikayıl Cabbarov bu gün öz işinə başlayan «Xaricdə Təhsil alan və Məzun olmuş Gənclərin Beynəlxalq Formu» ictimai birliyinin (ASAİF) 12-ci forumunda çıxışı zamanı deyib. O. qeyd edib ki, proqram çərçivəsində bu gün 500-ə yaxın gənc xaricdə təhsil almaq üçün seçilib: «Seçim prosesləri yekunlaşmadığı üçün bu rəqəm arta bilər».
Nazir «2007-15-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində təhsil sahəsində aparılmış islahatlardan söz açaraq bunun gəncliyimizin daha yaxşı təhsil almaları və hərtərəfli inkişafına şərait yaratdığını vurğulayıb.
Nazir dünya universitetlərində təhsil alan və məzun olmuş gənclərlə işlərin bundan sonra da genişləndiriləcəyini diqqətə çatdırıb.