O qeyd edib ki, Azərbaycanın dünya birliyində öz yerini tutması üçün görüləsi işlər çoxdur: «Gənclərimiz bu işdə səfərbər olmalıdırlar. Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar təhsil aldıqları ölkədə Azərbaycanın təbliğatı ilə məşğul olmalıdırlar. Dağlıq Qarabağ məsələsi bizim ümumi dərdimizdir. Gənclərimizin təbliğatının əsasında Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılması dayanmalıdır. Bununla yanaşı xalqımızın mədəni irsi də mədəniyyəti də dünyada tanıdılmalıdır. Xarici auditoriyaya ölkəmizi münaqişə yaşayan ölkə kimi tanımamalıdır. Onun mədəniyyətini, incəsənətini, görkəmli şəxsiyyətlərini tanımalıdırlar. Gənclərimiz dərhal dostları ilə Dağlıq Qarabağ münaqişəsindən danışmağa başlasalar, onlar yaxşı həmsöhbət olmayacaqlar. Və gənclərimizi söhbətləri də o qədər effekt verməyəcək. Xaricdə də Azərbaycan haqqında deyəcəklər ki, bura da Əfqanıstan kimi bir yerdir. Onlar Qarabağ məsələsini ayrıca təbliğ etməlidirlər».