Vaxt.Az AzərTAc-a istinadən bildirir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
«Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Soçi görüşündən sonra keçirilməsi iki qat əhəmiyyət qazanıb».
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın «Jamanak» qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, uzun fasilədən sonra ilk dəfə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Rusiya olmadan görüşüblər: »Rusiya Federasiyası NATO-un sammitinə dəvət edilməyib. Bunu isə son zamanlar Qarabağ münaqişəsinin nizama salınması prosesində görünməmiş hal hesab etmək olar. Çünki danışıqlar heç vaxt Rusiyasız baş tutmurdu. Bu dəfə isə ABŞ-ın təşəbbüsü ilə bu baş tutdu. Bu nöqteyi-nəzərdən biz, görünür ki, Qarabağ münaqişəsinin nizama salınması prosesində faktiki olaraq özünəməxsus hadisənin şahidi olduq».
Qeyd edək ki, Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında üçtərəfli görüş keçirilib.