AFFA-nın inzibati binasında jurnalistlər üçün keçirilən brifinqdə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts komandanın problemlərdən danışıb:«Rusiya ilə oyunda müdafiədə dörd səhvə yol verdik. Futbolçular oyuna hazır deyildi. Sentyabrın 9-da Bolqarıstana qarşı keçirəcəyimiz oyunda dəyişikliklər olacaq. Rasim Ramaldanov əvvəlki görüşlərdə özünü yaxşı tərəfdən göstərib. Son vaxtlar isə onda alınmır. Müdafiənin cinahlarında problemlərimiz vardı. Rusiya bizi sürətdə üstələyirdi. Buraxılmış dörd qola görə problem görmürəm. Çünki bu, adi yoldaşlıq oyunu idi».
çap et