Vaxt.Az

«O, vətəndaşlıqdan çıxması ilə bağlı müraciət etməyib»


 

Baş Prokurorluqdan Səid Nuriyevlə bağlı açıqlama

«O, vətəndaşlıqdan çıxması ilə bağlı müraciət etməyib» Azərbaycan vətəndaşı, 23 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş və hazırda Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, mənzil 9 ünvanında qeydiyyatda olan Nuriyev Səid Fikrət oğlunun hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlıdır.

Bu barədə ANS PRESS-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, S.Nuriyevin həmin cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb.

O, Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etməyib.

Qüvvədə olan qanunvericiliyə görə, bu halda Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti S.Nuriyevə münasibətdə tanınmır.

 





05.09.2014    çap et  çap et