Modern.az xəbər verir ki, bunu Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram direktoru Elmina Kazımzadə deyib. Onun sözlərinə görə, mediada insanların bir çoxu zəif təhsilin qurbanları kimi göstərilir: «Həmin jurnalistlərə sual vermək istərdim ki, həmin yazıları hansı tədqiqatlar əsasında yazırsınız? Kimsə qonşusundan nəsə narazılıq eşidib onu yazır».
E.Kazımzadə deyir ki, təhsildə bəzi yeniliklər mənfi qarşılanır: «Məsələn elə kurikulum üsulunu götürək. Onu mənfi qarşılayanların əksəriyyəti valideynlərdir. Çünki onlar köhnə üsulla dərs keçiblər».