Vaxt.Az

«Putin bizi aldada bilər»


 

«Ehtiyatlı olmağa məcburuq»

«Putin bizi aldada bilər» NATO ölkələri Rusiya prezidenti Vladimir Putinin Ukraynanın cənub-şərqində döyüşlərin dayandırılması və atəşkəs elan olunması barədə planına ehtiyatla yanaşmalıdır. AzVision.az «İnterfax»a istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Anders Foq Rasmussen bildirib.

«Biz daha öncə də buna bənzər bəyanatlar və təşəbbüslər eşitmişik. Lakin bu təşəbbüslərdən sonra Rusiya daima Ukraynanın şərqində vəziyyəti gərginləşdirməyə davam edib. Bu təcrübəyə əsaslanaraq, biz istənilən qiymətləndirmədə ehtiyatlı olmağa məcburuq. Əgər biz münaqişənin siyasi yol ilə həll edilməsi təşəbbüsünü görsək bunu yalnız alqışlayarıq», – deyə Rasmussen bildirib.

Qeyd edək ki, daha əvvəl NATO baş katibinin Putinin Ukrayna planını dəstəklədiyi vurğulanırdı.

 





05.09.2014    çap et  çap et