«Rusiya ilə oyun yoxlama xarakteri daşıyırdı. Yığmamız meydana əsas heyətlə çıxmamışdı». ANS PRESS-in məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.Rusiyaya 0:4 hesablı məğlubiyyətlə bağlı fikirlərini bildirən AFFA başçısı bu oyunun Bolqarıstan matçından əvvəl yaxşı sınaq olduğunu bildirib: «Rusiya güclü komandadır. Futbolçuları belə rəqiblə oyunda sınamaq Bolqarıstanla rəsmi matçdan öncə yaxşı sınaq oldu. Komandamız gücünü Bolqarıstanla oyunda göstərməlidir».
çap et