Vaxt.Az

Ukraynaya silah verəcək ölkələr açıqlandı


 

Putin isə rəsmi Kiyevi hədələdi

Ukraynaya silah verəcək ölkələr açıqlandı Prezident Petro Poroşenkonun müşaviri Yuri Litsenko NATO ölkə rəhbərlərinin Uels zirvə görüşündə Ukraynanın ərazi bütövlüyünün qorunması üçün yeni silah müqavilə imzalandığını bildirib: «NATO sammitində silah verəcək ölkələrin adları bilindi. Bu dövlətlər Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Polşa və Norveç olacaq. Silahla birlikdə hərbçilər də göndəriləcək. Əsgər və yüksək çinli hərbi mütəxəssislərdən ibarət geniş heyət bu yaxınlarda Kiyevdə olacaq».

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə NATO yaxınlaşmasını çox sərt qarşılamışdı. Bu barədə açıqlamasında «NATO-nun Ukrayna ilə yaxınlaşması atəşkəs haqda imzalanan müqaviləni təhlükəyə sala bilər» deyərək rəsmi Kiyevi hədələmişdi.

 





08.09.2014    çap et  çap et