Bunu prezident İlham Əliyev ötən həftə Çinin Nankin şəhərində yeniyetmələr arasında keçirilən ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvləri ilə görüşündə deyib. İ. Əliyev bildirib ki, o həmişə fikirləşir ki, Azərbaycan idmanını mütləq inkişaf etdirməliyik: «Çünki gözəl potensial, xalqımızın ənənələri, ənənəvi idman növlərimiz var və xalqımız fiziki cəhətdən çox hazırlıqlıdır, güclüdür».