Vaxt.Az

Nazirlər Xırdalandakı faciəni nəzarətə götürdü


 

Kəmaləddin Heydərov, Əli Həsənov və Zakir Qaralov müavinlərini hadisə yerinə göndərib

Nazirlər Xırdalandakı faciəni nəzarətə götürdü Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov, Baş Prokurorun müavini Rüstəm Usubov və Abşeron rayonunun icra başçısı Zakir Həsənov hadisə yerinə baş çəkiblər.

Hazırda partlayış baş verən əraziyə qazıntı aparmaq üçün ağır texnika cəlb olunub.

Eyni zamanda ərazidə FHN-in xeyli sayda texnikası, canlı qüvvəsi və təcili tibbi yardım maşınları var.

Bildirilir ki, dağıntılar altında daha 3-4 nəfər var. Hazırda onların xilas edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. Məlumata görə, uçqun altında qalanların yerinin müəyyən edilməsi üçün axtarışa FHN-in xüsusi itləri də cəlb olunub. 

Bu dəqiqələrdə 9 yaşlı Ayxan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib.

 

***

 

Bu gün səhər saat 7 radələrində Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş verən güclü partlayışın səbəbi məlum olub.

AzVision.az hadisə yerində olan əməkdaşının verdiyi məlumata gör, ilkin ehtimala görə partlayışa qaz sızması səbəb olub.

 





08.09.2014    çap et  çap et