Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,2 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 11,8 faiz ucuzlaşma müşahidə olunmuşdur.
Avqust ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,9 faiz ucuzlaşmış, dəniz nəqliyyatı vasitəsilə digər xarici ölkələrə yükdaşıma tarifləri isə 4,3 faiz bahalaşmışdır.
Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri üzrə avqust ayında heç bir dəyişiklik müşahidə olunmamışdır.