Vaxt.Az

Tanınmış jurnalist ANS-dən çıxdı


 

Son bir həftədə ikinci ayrılıq

Tanınmış jurnalist ANS-dən çıxdı ANS-in daha bir tanınmış əməkdaşı telekanalı tərk edib. Bu barədə Lent.az-a ANS TV-dən məlumat daxil olub.

Məlumata görə, ANS-in Vaşinqton bürosunun müxbiri Sevinc Osmanqızı kanalla yollarını ayırıb. Artıq onun yerinə təyinat da olub. Televiziyanın xəbər müxbiri Rita Ömərova S. Osmanqızının yerinə təyin edilib. Adının çəkilməsini istəməyən televiziya əməkdaşı vurğulayıb ki, R.Ömərova ingilis dilini mükəmməl bilməsə də, onun təyinatı məcburiyyətdən gerçəkləşdirilib.

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr müşaviri Mais Məmmədov Lent.az-a açıqlamasında faktı təsdiqləyib: «Sevinc xanım öz ərizəsi ilə vəzifəsindən uzaqlaşıb. Həm də bunu məndən niyə soruşursunuz? Zəng edib, özündən soruşun».

Qeyd edək ki, S. Osmanqızı tanınmış jurnalist və dövlət xadimi Osman Mirzəyevin qızıdır.

Xatırladaq ki, ANS-in daha bir məşhur siması İlqar Mikayıloğlu da telekanalla yollarını ayırıb.

 





09.09.2014    çap et  çap et