Başqanlığa iddialı olduğunu deyən Q.İbadoğlu yaxın günlərdə namizədliyini rəsmi olaraq qeydiyyatdan keçirəcəyini deyib:
«İddiaçı kimi görüşlərə də başlamışam. Namizədliyimin rəsmi olaraq qeydiyyata alınması texniki prosedura məsələsidir və bu həftə ərzində həll edəcəm. Təbliğat-təşviqata gəlincə isə artıq bu proses başlayıb. Bakıda və regionlarda görüşlərim davam edir. Namizəd olmaqla bağlı fikrim dəyişməyib. Sonadək mübarizə aparacağam».