Ermənistandakı hərbi hissələrdən birində sıravi Samvel Arutyunyanın ölümündə təqsirli bilinən Vardan Davtyan saxlanılıb. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin İstintaq xidmətinin baş zabiti Meri Sərkisyan məlumat verib.Vardan Davtyan sentyabrın 8-də 23 yaşlı hərbçi yoldaşı Samvel Arutyunyanı odlu silahla qətlə yetirməkdə ittiham olunur.
çap et