Ermənistan parlamentinin iclası qəribə olayla başlayıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentin spikeri Qalust Saakyan zalda deputatların səs-küy salması səbəbindən iclası başlaya bilməyib.Bütün arqumentləri tükənən Qalust Saakyan vəziyyətdən çıxmaq üçün deputatlara jurnalistlərin gözü qarşısında «xox» gəlmək qərarına gəlib: «Bir daha demək istəyirəm ki, çox səs-küydür. Jurnalistlər səs-küydən material yaza bilmirlər. Gəlin bir qədər də səs-küy salaq ki, jurnalistlər də nəsə yaza bilsinlər».
çap et