Vaxt.Az

«Xırdalan köçkünləri»nə ev verilə bilər


 

«2 mənzili uçan bina qəzalı vəziyyətdədir»

«Xırdalan köçkünləri»nə ev verilə bilər Xırdalanda dünən partlayış baş verən binada məskunlaşan sakinlərin mənzillə təmin olunması məsələsi yenidən gündəmə gəlib.

Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov AzVision.az-a açıqlamasında bildirib ki, evləri uçan üç ailə Mehdiabad qəsəbəsində mənzillə təmin olunub.

Uçqun baş verən binada yaşayan digər ailələrin də evlə təmin olunmasına gəlincə, «Qaçqınkom»un rəsmisi vurğulayıb ki, müzakirələr getdiyi üçün digər ailələrin də evlə təmin edilməsi ilə bağlı məlumat veriləcək.

«Bu məsələ ilə bağlı hazırda müzakirə aparılır. Əlavə məlumat olanda xəbər verəcəyik».

Qeyd edək ki, hazırda FHN əməkdaşları partlayış baş verən binada araşdırma aparırlar. Bina qəzalı vəziyyətdə olduğundan ehtimal edilir ki, köçkünlərin orada yaşamasına icazə verilməsin.

 





09.09.2014    çap et  çap et