Vaxt.Az

Ramiz Mehdiyevin kitabının təqdimatı keçiriləcək


 

«Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» Moskvada nəşr olunub

Ramiz Mehdiyevin kitabının təqdimatı keçiriləcək Sentyabrın 10-da AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan «Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» kitabının müzakirəsi və təqdimatı keçiriləcək.

AMEA-dan SalamNews-a verilən məlumata görə, akademik Ramiz Mehdiyevin Moskvada çap olunan «Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» (rus dilində) kitabında Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır.

Müəllif çoxsaylı ilk mənbələr və elmi ədəbiyyat əsasında, ilk növbədə xarici dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın tarixin ən qədim dövrlərindən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti rusdilli oxuculara təqdim edir. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yolunda məqsədyönlü surətdə törədilən süni maneələrə də münasibət bildirilir.

 





09.09.2014    çap et  çap et