Görüşdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.