Vaxt.Az

Putin qorxdu?


 

ABŞ da Rusiyaya sanksiya tətbiq etdi, Kreml geri çəkildi

Putin qorxdu? Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyalara ABŞ da qoşulub. Virtualaz.org saytı İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiya siyahısına 6 bank daxil edilib. Həmin banklar bunlardır: «Sberbank», «Bank Moskvı», «Qazprombank», «Rosselxozbank», «Vneshekonombank» və «VTB Bank».

ABŞ Maliyyə Nazirliyi Rusiyanın müdafiə sənayesi sahəsindəki bütün müəssisələrin qadağaların təsiri altına düşəcəyini bəyan edib.

Rusiya prezidenti Vladimir Putin isə ABŞ-ın sanksiyaları qarşısında geri çəkilməyə hazır olduğuna eyham vurub. 

Virtualaz.org saytı İTAR-TASS-a istinadən bildirir ki, Putin Rusiya istehsalçılarının maraqlarına cavab verəcəyi təqdirdə cavab sanksiyaları tətbiq etmək təklifinə razı olacaqlarını deyib.

«Əgər Rusiya hökuməti cavab sanksiyalarının bizim iqtisadiyyata kömək edəcəyi qənaətinə gəlsə, biz bunu edəcəyk. Yox, əgər söhbət sadəcə «krutoyluq» etməkdən və buna görə zərərə düşməkdən gedirsə, bunu heç vaxt etməyəcəyik» - deyə V.Putin bildirib.

Qeyd edək ki, Avropa İttifaqına daxil olan ölkələr də bu gün Rusiyaya qarşı sanksiyaların yeni paketini tətbiq edib. Bununla da Rusiyaya qarşı iqtisadi sanksiyalar artıq qüvvəyə minib.

Qərb KİV-ləri xəbər verir ki, bu qadağalar həm Rusiya şirkətlərinə, həm də fiziki şəxslərə şamil olunacaq.

Yeni sanksiyalar siyahısına Rusiyanın neft nəhəngləri «Rosneft», «Transneft», «Qazpromneft» şirkətləri daxil edilib. Avropanın kapital bazarı onların üzünə faktki olaraq bağlanıb.

Habelə müdafiə sənayesi korporasiyası olan «Oboronprom», Birləşmiş Aviakorporasiya, «Uralvaqonzavod» da qadağaların təsiri altına düşüb. Bu şirkətlər səhmlər və istiqrazlar vasitəsilə maliyyələşmək imkanlarından məhrum ediliblər. Bundan əlavə, 9 rus şirkətinə ikili təyinata malik texnologiyalar satmaq qadağası qoyulub. Rusiya və Ukrayna vətəndaşı olan 24 vəzifəli şəxs də sanksiya tətbiq edilib.

 





12.09.2014    çap et  çap et