O, AzVision.az-a açıqlamasında bildirib ki, hələ ki, bununla bağlı heç bir qərar yoxdur: «Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında hansısa ixtisas qrupundakı fənnlərin azaldılması ilə bağlı bir qərar yoxdur. Hər hansı bir dəyişiklik olanda biz bunu əvvəlcədən xəbər edirik».
Qeyd edək ki, iddialara görə, növbəti qəbul imtahanında bəzi ixtisas qruplarında fənnlərin sayı azalacaq. Üçüncü ixtisas qrupunda ədəbiyyat fənninin çıxarılacağı da iddia edilir.