Vaxt.Az

İrəvanda növbəti etirazlar


 

Bu dəfəki aksiyaları sahibkarlar başlayıb

İrəvanda növbəti etirazlar Ermənistanda Hökümət Evinin qarşısında etiraz aksiyası keçirilib. ANS PRESS-in məlumatına görə, müxtəlif satış yarmarkalarından gələn 500-dən çox sahibkar yeni vergi inzibatçılıq sisteminə qarşı etiraz edib.

Sahibkarlar bildiriblər ki, onlar 1 oktyabrdan hesab-fakturalar üzrə işləməli olacaqlar. Amma sahibkarlar aşağı rüsumlu yığımlar təyin edilməsini tələb edirlər. Etirazçılar deyirlər ki, hökumət kiçik və orta biznesin inkişafı üçün heç nə etmir. Sahibkarlar qeyd edirlər ki, hər zaman hesab-fakturalarla işləmək mümkün olmur.

Etirazçılar həmçinin tələb edirlər ki, onları yeni nəzarət-kassa aparatları quraşdırmağa məcbur etməsinlər. Onlar iddia edirlər ki, köhnə aparatlar işləyir və yenilərinə ehtiyac yoxdur.

Ermənistan baş naziri Ovik Abramyan isə etirazçılar qarşısına çıxıb və onların nümayəndələrini qəbul edəcəyini vəd edib. Baş nazir jurnalistlərin iştirakı ilə bütün problemləri müzakirə edəcəkləri barədə söz verib.

 





23.09.2014    çap et  çap et