ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O, həmçinin xatırladıb ki, Rusiya və Azərbaycan liderləri bu yaxınlarda (avqust) ayında Soçidə görüşüb və orada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
«Əliyevlə görüş çox vacibdir. Bizim əlaqələr yetərincə fəallaşıb», - deyə Uşakov vurğulayıb.
Sentyabrın 29-da Həştərxanda keçirilməsi nəzərdə tutulan Xəzər sammitində Transxəzər boru kəmərlərinin tikinti rejimi üzrə müzakirələr də aparılacaq.
Sammitdə Xəzəryanı beş dövlətin (Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın) liderləri iştirak edəcəklər.