Vaxt.Az

Qazaxıstan Azərbaycan benzininə keçir


 

İlk partiyada 5 min ton yanacaq gondəriləcək

Qazaxıstan Azərbaycan benzininə keçir Azərbaycandan 5 min ton həcmində yanacağın ilk partiyası yaxın vaxtlarda Qazaxıstan bazarına daxil olacaq.

«APA-Economics»in Qazaxıstan hökumətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu energetika məsələləri üzrə nazirin birinci müavini Uzakbay Karabalin bildirib. «Bununla bağlı Azərbaycanla artıq razılaşma əldə olunub. Ehtimal olunur ki, növbəti həftə 5 min ton həcmində ilk yanacaq partiyası tədarük olunacaq. Növbəti mərhələ ilə bağlı detalları isə razılaşdıracağıq», - deyə U. Karabalin qeyd edib.

 





26.09.2014    çap et  çap et