Bu barədə AzVision.az Gürcüstanın «Alia» qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ABŞ siyasi elitası Saakaşviliyə olan inamını itirib. Artıq sabiq prezidentin demək olar ki, Ağ Evdə dəstəkləyən adam yoxdur. ABŞ-ın hazırkı prezidenti Barak Obamanın komandası Gürcüstanın sabiq prezidentinə inanmır.
Qəzet vurğulayıb ki, Saakaşviliyə işçi sığınacağı verilməyəcəyi təqdirdə o bu ölkədə siyasi sığınacaq ala bilməyəcək.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vizanın verilməməsi ilə bağlı xəbəri şərh etmir.