«ANSpress» xəbər verir ki, həmin hadisəni əks etdirən foto və video yayılıb. Görüntülərdə də sərnişinlərin özlərini necə təhlükəyə atdıqları görünür. Sürücü isə heç bir addım atmır. Görünür, onu sərnişinlərin təhlükəsizliyi yox, qazanc maraqlandırır.
Məsələ ilə əlaqədar avtobusun tabe olduğu «Fidan-Trans» MMC-nin rəhbəri Namiq Allahverdiyevin verdiyi məlumata görə, həmin hadisə barədə xəbərdardır. Artıq sürücü Elçin Hüseynov işdən çıxarılıb. «Düzdür sürücülərlə bacarmaq çox da asan deyil. Lakin mütəmadi yoxlamalar aparırıq. Çalışırıq ki, xidmətimiz qüsursuz olsun», - deyə Namiq Allahverdiyev bildirib.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdiri Elçin Nəsirov da sürücünün işdən çıxarılmasını təsdiqləyib. «Bu barədə məlumat verilən kimi dərhal avtobus saxlanıldı və cərimə meydançasına aparıldı. Sürücü isə işdən çıxarıldı. Onun işi bizim arxivə yazıldı. Daha həmin sürücü heç bir şirkətdə işləyə bilməyəcək», - deyə Elçin Nəsirov bildirib.