Qısa müddət ərzində Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqin aradan qaldırılması və vahid imtahan bazası üzərində həmin imtahanların keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb: «Nəzərə alaq ki, bu imtahanları vahid orqan keçirir. Bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi arasında aparılan məsləhətləşmələr artıq sona çatdırılır. Bu tədris ilində biz bu sahədə də yenilikləri tətbiq edə biləcəyik. Yeniliklər həm orta ixtisas təhsili müəssisələrini, həm yaradıcılıq ali təhsil müəssisələrini, həm də digər bəzi təhsil müəssisələrini əhatə edəcək. Bu tədris ilindən başlayaraq imtahanlar həmin müəssisələri əhatə edəcək. Güman edirik ki, yeniliklərin tətbiqi nəticəsində artıq bir sıra müəssisələrə qəbul vahid imtahan nəticəsində mümkün olacaq. Artıq bir ay ərzində şagirdlərin 2 ayrı-ayrı buraxılış və qəbul imtahanlarına cəlb edilməsinə ehtiyac olmayacaq. Bu islahat ardıcıl olaraq həyata keçiriləcək».